Tomas Hobbs

Tomas Hobbs
ing. Thomas Hobbes
Doğum tarixi 5 aprel 1588(1588-04-05)[1][2][…]
Vəfat tarixi 4 dekabr 1679(1679-12-04)[1][2][…] (91 yaşında)
Dövr XVII əsr fəlsəfəsi
İstiqaməti empirizm, determinizm, Hüquqi pozitivizm
Əsas maraqları fəlsəfə, Dövlət və hüquq nəzəriyyəsi, tarix, etika, həndəsə
Təsirlənib Platon, Aristotel, Hüqo Qrotsi, Frensis Bekon
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Hobbs (ing. Thomas Hobbes; 5 aprel 1588[1][2][…]4 dekabr 1679[1][2][…]) — məşhur ingilis filosofu və siyasi mütəfəkkiri, müasir siyasi fəlsəfənin banilərindən biri.

XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. Hobbs özünün başlıca əsərlərində (Fəlsəfənin əsaslar (1642); Leviafan (1651); Begemot (1668)) İctimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne